www.nice.az > Xəbərlər > Dünya Bu Gün [14.o2.12]

Dünya Bu Gün [14.o2.12]


14 fevral 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [14.o2.12]

14 fevral. İlin sonuna 321 gün qalır.


492. Roma Papası Gelasius 270-ci ildə edam edilmiş keşiş Valentini müqəddəs elan edib. Həmin andan bu tarix “Müqəddəs Valentin günü” kimi tanınır. Hazırda bu tarix “Sevgililər günü” kimi qeyd edilir

842. Frank kralı Böyük Karlın 2 oğlu öz aralarında böyük qardaşlarına qarşı “Strasburq məramnaməsi” bağlayırlar. Bu həm də fransız dilində ilk yazılı mənbə hesab edilir

1483. Moğol hökmdarı Babur anadan olub

1779. İngilis səyyah Ceyms Kuk Havay adalarında öldürülüb

1946. Pensilvaniya universitetində ilk ümumi təyinatlı kompüterin (ENIAC - Electronic Numerical Integrator and Computer) təqdimatı keçirilib

1949. İsrail parlamentinin (Knesset) ilk iclası keçirilib

1956. Bakıda telestudiya işə düşüb

1961. 103-cü kimyəvi element – lourensium sintez edilib

1978. Texasda ilk çip kart patentləşdirilib

1989. İmam Xomeyni “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin öldürülməsinə dair fətva verib

1992. Azərbaycan hərbi hava qüvvələri yaradılıb

1992. Azərbaycan Respublikası Baş Prokurorluğu SSRİ prokurorluğunun 20 yanvar hadisələrinin istintaqı barədə xitam qərarını ləğv edərək Cinayət Məcəlləsinin 94-cü (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi qaldırıb. İstintaq bu gün də davam edir

1992. MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanıb

2002. Bəhreyndə rəsmi olaraq konstitusiyalı monarxiya bərqərar edilib

2002. Ukrayna və Azərbaycan arasında vizasız gediş gəliş haqqında saziş imzalanıb

2003. Klonlama yolu ilə dünyaya gələn Dolli adlı qoyun ölüb

2005. Livanın baş naziri Rafiq Həriri qətlə yetirilib.


Günün aforizmi:

“Hər ümidsiz işdə bir çox ümid var,
Qaranlıq gecədən ağ səhər doğar
”

Nizami