www.nice.az > Xəbərlər > Dünya Bu Gün [13.o2.12]
Dünya Bu Gün [13.o2.12]13 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() 13 fevral. İlin sonuna 322 gün qalır. 1258. Hülakü xan Bağdadın işğalını başa çatdırıb, Abbasilər xilafəti süqut edib 1745. Nadir şah Şəkiyə ikinci dəfə hücum edib 1769. Rus təmsil ustası Krılov anadan olub 1894. Lümyer qardaşları (Fransa) kinoproyektoru patentləşdirib 1903. Belçikalı detektiv yazıçı Jorj Simenon anadan olub 1905. Bakıda müvəqqəti general qubernatorluq yaradılıb 1920. İsveçrə Millətlər Cəmiyyətinə üzv olub və ölkənin daimi neytrallığı tanınıb 1945. Sovet ordusu Budapeşti faşist qoşunlarından təmizləyib 1946. Aktyor Əliabbas Qədirov anadan olub 1960. Fransa Böyük Səhrada ilk atom sınağını keçirib 1974. Dissident Aleksandr Soljenitsın sovet vətəndaşlığından məhrum edilərək ölkədən qovulub 1975. Şimali Kipr Federativ dövləti təşkil edilib 1984. Konstantin Çernenko Sov İKP-nin baş katibi seçilib 1988. DQMV-nin mərkəzi Xankəndində erməni əhali Qarabağın Azərbaycandan ayrılması tələbi ilə mitinqlərə başlayıb 1993. Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurub 2004. Çeçen lider Zəlimxan Yandarbiyev Qətərdə qətlə yetirilib 2009. Şair Bəxtiyar Vahabzadə vəfat edib 2010. Qazaxıstan xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Sudabayevin Cənubi Qafqaza rəsmi səfəri başlayıb. Günün aforizmi: “Elmdə həqiqət həmişə özünə yol açır†Lev Davidoviç Landau |