www.nice.az > Xəbərlər > Məşhur müğənni Uitni Hyuston öldü

Məşhur müğənni Uitni Hyuston öldü


12 fevral 2012. Müəllif: HiTMaN
Məşhur müğənni Uitni Hyuston öldü

Uitni Hyustonun Los-Ancelisdəki “Beverli Hilton” otelinin nömrəsində meyiti tapılıb. Həkimlərin səylərinə baxmayaraq, 48 yaşlı müğənnini həyata qaytarmaq mümkün olmayıb.


Uitni Hyuston otel işçiləri tərəfindən huşsuz halda aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, 48 yaşlı müğənnini həyata qaytarmaq mümkün olmayıb.

Polis müğənninin öldürülməsini istisna edir. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Yerli polis nümayəndəsi jurnalistlərin hadisəyə narkotik vasitənin səbəb olması ehtimalı ilə bağlı sualına cavab olaraq deyib ki, buna dəqiq cavab vermək mümkün deyil, araşdırma aparılır.

Uitni Hyuston ABŞ estradasının ən uğurlu ulduzu sayılırdı. O, aldığı mükafatların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. Buraya iki “Emmi” telemükafatı, 6 “Gızıl qramafon” “Gremmi”, 30 “Bilbird” jurnalının mükafatı daxildir.

O, “Mühafizəçi”, “Keşişin həyat yoldaşı”, “Fasiləni gözləyərək” filmlərində əsas rollarda çəkilib