www.nice.az > Xəbərlər > Dünya Bu Gün [11.o2.12]
Dünya Bu Gün [11.o2.12]11 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() 11 fevral. İlin sonuna 324 gün qalır. 1829. Rus səfiri Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib 1847. Amerikalı fizik Tomas Edison anadan olub. O, 2000-ə yaxın patentin sahib olub 1873. İspaniyada Birinci Respublika bərqərar olub 1914. Xalq artisti Rəmziyyə Veysəlova anadan olub 1920. Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb. Qurultayda 120-dən çox adam iştirak edib 1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması barədə məlumat verib 1921. Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb 1935. Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb. Kənd təsərrüfatı artelinin nümunəvi nizamnaməsi qəbul edilib 1936. SSRİ yeyinti komissarı A.Mikoyan Gəncə yağ-piy kombinatına teleqram göndərərək “Staxanov dekadasıâ€na başlamağı tələb edib 1943. Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib 1945. Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi Yalta konfransı başa çatıb 1948. Sovet kinorejissoru Sergey Eyzenşteyn vəfat edib 1953. SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib 1959. Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb. Sazişlə adadakı hər iki xalq Türkiyə, Yunanıstan və İngiltərənin zəmanəti altında Kipr Respublikası qurmaq hüququ əldə edib 1979. İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb 1981. Aktyor Möhsün Sənani vəfat edib 1984. Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib 1990. Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib. O, həbsxanada ən çox gün keçirmiş siyasi məhbus hesab edilir 1992. Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub 2000. Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub 2005. Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər 2006. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb 2009. Hərbi hava qüvvələri və HHM qoşunları komandanı general Rail Rzayev qətlə yetirilib. Prezident İlham Əliyev Küveytə səfərini yarımçıq qoyaraq vətənə dönüb 2010. Londonda yaşayan azərbaycanlılar Ermənistan prezidenti Serj Sarisyanın səfərinə qarşı etiraz aksiyası keçirib 2011. İraqın Samirə şəhərində azərbaycanlı zəvvarlara hücum edən Əl Qaidə üzvləri saxlanılıb. Günün aforizmi: “Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb bildiyindən daha çox şey bilsin†Anton Çexov |