www.nice.az > Xəbərlər > Bakıda sükanı əldən verən sürücülər
Bakıda sükanı əldən verən sürücülər11 fevral 2012. Müəllif: HiTMaN |
Ötən il Bakıda qeydə alınan 1102 yol qəzası zamanı 334 nəfər ölüb, 1108 nəfər xəsarət alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qeydə alınan qəzaların 575-i (52 faizi) avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmin qəzalarda 207 nəfər ölüb, 485 nəfər xəsarət alıb. Qeydə alınan ümumi hadisələrin 144-ü (51 ölüm, 205 xəsarət) ötmə, manevr qaydalarını pozma səbəbindən baş verib |