www.nice.az > Xəbərlər > Günün tarixi [o9.12.11]
Günün tarixi [o9.12.11]9 dekabr 2011. Müəllif: M1rZ3 |
![]() 9 dekabr. İlin sonuna 22 gün qalır. 1917. İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib 1925. Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb 1927. Sovet şairi Mayakovski Bakıya gəlib 1931. İspaniyada İkinci Respublika yaradılıb 1941. Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar 1950. Harri Qold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib 1961. Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib 1973. Xalq artisti, görkəmli aktyor Lütfəli Abdullayev vəfat edib 1985. BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər 1989. AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb 1990. Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib 1992. BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb 1996. BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib 1997. Klod Monenin “Truvildə çimərlik†tablosu 8,6 milyon dollara satılıb 1998. Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib 1998. Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını elan ediblər 2003. İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib 2004. Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib 2005. Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib, Rövnəq Abdullayev bu vəzifəyə gətirilib 2007. Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusu verilib 2008. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub 2009. İlham Əliyev Fransaya rəsmi səfərə gedib. Səfər çərçivəsində Fransa prezidenti və bir sıra yüksək vəzifəli şəxslərlə görüş keçirilib, 3 hökumətlərarası sənəd imzalanıb. |