www.nice.az > Xəbərlər > Günün tarixi [o6.12.11]

Günün tarixi [o6.12.11]


6 dekabr 2011. Müəllif: M1rZ3
Günün tarixi [o6.12.11]

6 dekabr. İlin sonuna 25 gün qalır.

1240. Moğol hökmdarı Batı xanın komandanlığı altında Qızıl Orda Kiyev şəhərini işğal edib

1790. ABŞ Konqresi Nyu-Yorkdan Filadelfiyaya köçüb

1865. ABŞ Konstitusiyasına köləliyi qadağan edən maddə əlavə olunub

1865. Parisdə Fransa və Monako arasında birlik sazişi imzalanıb

1917. Finlandiya müstəqillik əldə edib

1921. Londonda imzalanmış İngiltərə-İrlandiya müqaviləsi İrlandiyanın müstəqillik müharibəsinə son qoyub

1922. İlk dəfə olaraq Kanadada insulin preparatı sınaqdan keçirilib

1922. İrlandiya müstəqil əyaləti qurulub

1925. İtaliya və Misir Liviya sərhədləri haqqında müqavilə imzalayıb

1938. Fransa və Almaniya mövcud sərhədlərinin toxunulmazlığı haqqında müqavilə imzalayıblar

1971. Hindistan Pakistandan ayrılaraq öz müstəqilliyini elan edən Banqladeş Demokratik Respublikasını tanıyıb

1983. Türkiyə 3 ildən çox davam etmiş hərbi rejim yeni seçilmiş parlamentin qərarı ilə sona çatıb

1990. Səddam Hüseyn bütün məhbusları azad edib

1991. Bolqarıstan Respublikasının yeni Konstitusiyası qəbul olunub

1994. ATƏT-in Budapeşt sammiti başa çatıb

1999. Rus ordusu Çeçenistanın paytaxtı Qroznını tərk etmək üçün sakinlərə dekabrın 11-nə qədər vaxt verib, bundan sonra isə şəhər tamamilə bombardman edilib

2005. Azərbaycan prezidenti İlham Əliyev umrə ziyarətində olub

2005. İranın “C-130” hərbi təyyarəsi Tehranda binaya çırpılıb, 150 nəfərlik həlak olub

2006. Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə və digər təhlükəli cinayət növlərinə qarşı mübarizə üzrə işçi qrupunun növbəti iclası keçirilib

2007. Fransa Hərbi hava yollarına məxsus “Rafale” qırıcısı qəzaya uğrayıb, bu “Rafale”ın tarixində ilk qəza idi.