www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o6.o2.12]

Dünya Bu Gün [o6.o2.12]


6 fevral 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o6.o2.12]

6 fevral. İlin sonuna 329 gün qalır.


1800. İtalyan fizik Alessandro Volta elektrik batareyasını kəşf edib

1900. Rus fizik Popovun hazırladığı qurğu ilə göndərilən radiosiqnalların köməyi ilə tarixdə ilk dəfə açıq dənizdəki gəminin yeri müəyyən edilib. Gəmi heyəti yeni radioqurğu sahəsində xilas edilib

1911. ABŞ-ın 40-cı prezidenti Ronald Reqan anadan olub

1916. “Dadaizm” ədəbi cərəyanının əsası qoyulub

1918. Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsi komandanı Vahid paşaya teleqram vuraraq İstanbulla danışıq aparmaq istədiyini bəyan edib. Bir neçə gün sonra isə Zaqafqaziya Komissarlığı buraxılıb

1924. Aktrisa Firəngiz Şərifova anadan olub

1927. Kinorejissor Lütfi Məmmədbəyov anadan olub

1938. Aktyor Rafiq Əzimov anadan olub

1960. Əli Kərimov Azərbaycan SSR daxili işlər naziri vəzifəsindən azad edilib

1992. Azərbaycan Respublikası Ukrayna ilə diplomatik əlaqələr qurub

1992. MDB Statistika xidmətləri rəhbərləri Şurası təsis edilib

2001. Ariel Şaron İsrailin baş naziri seçilib

2004. Moskva metrosunda partlayış nəticəsində 40 nəfər həlak olub, 190 nəfər yaralanıb

2006. Prezident İlham Əliyevin sərəncamı ilə Kəmaləddin Heydərov Fövqəladə hallar naziri, Aydın Əliyev isə Dövlət Gömrük komitəsinin sədri təyin edilib

2006. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb

2009. Azərbaycan prezidenti İlham Əliyev Hindistan, Benin respublikası, Vyetnam, Estoniya, Anqola, Yəmən, Nigeriya, Cənubi Afrika, Zimbabve və Şri-Lanka səfirlərinin etimadnamələrini qəbul edib.

2009. “2009-2018-ci illərdə Azərbaycan Respublikası kurortlarının inkişafı Proqramı” qəbul edilib.


Günün aforizmi:

“İslah etməyən elm boş cəfəngiyyatdır”

Əli ibn Əbu Talib