www.nice.az > Xəbərlər > Azərbaycan bayrağını zibilliyə atan polis işdən çıxarılıb

Azərbaycan bayrağını zibilliyə atan polis işdən çıxarılıb


26 oktyabr 2009. Müəllif: krik
Azərbaycan bayrağını zibilliyə atan polis işdən çıxarılıb

Türkiyənin Bursa şəhərində Azərbaycan bayrağını zibbilliyə atılması ilə əlaqədar 2 polis və onların rəisi haqqında açılan cinayət işi nəticəsində 1 polis işdən çıxarılıb. Bu haqda məlumatı Bursa şəhərinin meri Şəhabəttin Harput şəhərin icra hakimiyyətində keçirdiyi iclasda bildirib. Şəhabəttin Harput: “14 oktyabr Türkiyə və Ermənistan arasında olan futbol oyununda, Azərbaycan bayrağına və azərkeşlərə etdikləri hörmətsizliklərə görə 2 polis və onların rəisi həbs olunub onlardan biri artıq işdən kənarlaşdırılıb. Polislərin etdikləri hərəkətlər kameralar tərəfindən lentə alınıb. Bu görüntülər analiz olunması üçün prokrorluğa göndərilib”.