www.nice.az > Xəbərlər > Günün tarixi [o2.o7.11]
Günün tarixi [o2.o7.11]2 iyul 2011. Müəllif: GHoSTMaN |
![]() 2 iyul. İlin sonuna 182 gün qalır. 1556. İvan Qroznının əmri ilə Həştərxan xanlığı ləğv edilərək Rusiyanın tərkibinə qatılıb 1566. Fransız astroloq Mişel Nostradamus vəfat edib 1800. Böyük Britaniya və İrlandiyanın birləşdirilməsi barədə akt qəbul edilib 1900. Alman konstruktor Ferdinand fon Zeplen ilk dirijablı havaya qaldırmağa nail olub 1900. Parisdə 2-ci Olimpiya oyunları açılıb 1921. Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR arasında xarici ticarət orqanlarını birləşdirmək haqqında saziş imzalanıb 1922. Azərbaycan SSR MİK yanında Yeni türk əlifbası komitəsi təşkil edilib 1925. Konqolu siyasi lider Patris Lubumba anadan olub 1947. Vyaçeslav Molotov SSRİ-nin “Marşall planıâ€na qoşulmayacağını bildirib 1961. Amerikalı yazıçı Ernest Heminquey vəfat edib 1966. Fransa Sakit okeanda ilk nüvə sınağını keçirib 1976. Sabit Rəhman adına Şəki Dövlət dram teatrı açılıb 1976. Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikası təşkil edilib 1982. Şair Ələkbər Ziyatay vəfat edib 1989. Sovet siyasi xadimi Andrey Qromıko vəfat edib 1990. SOV.İKP-nin sonuncu - 30-cu qurultayı işə başlayıb 1993. Türkiyənin Sivas əyalətində oteldə baş verən yanğında 37 nəfər həlak olub 2002. Azərbaycanda Ombudsman institutu təşkil edilib 2009. Polşa prezidenti Lek Kaçinski Azərbaycana rəsmi səfərə gəlib. |