www.nice.az > Xəbərlər > Günün tarixi [o1.o7.11]
Günün tarixi [o1.o7.11]1 iyul 2011. Müəllif: GHoSTMaN |
![]() 1 iyul. İlin sonuna 183 gün qalır. 1683. Osmanlı ordusu Vyana üzərinə hücuma başlayıb 1860. Amerikalı ixtiraçı Şarl Qudyir (Goodyear) vəfat edib 1875. Beynəlxalq Poçt İttifaqı yaradılıb 1878. Torpağa mülkiyyət hüququ Osmanlı dövlətində qalmaq şərti ilə Kipr İngiltərənin idarəçiliyinə verilib 1903. Bakıda ilk ümumi siyasi tətil başlayıb. Tətil təqribən 20 gün davam edib 1912. Almaniya futbolçuları Rusiyanı 16:0 hesabı ilə məğlub edib. Bu hadisə futbol tarixində ən “yaddaqalan†məğlubiyyətlərdən hesab edilir 1918. Azərbaycan Demokratik Respublikasının polis sistemi yaradılıb 1918. Bakı Xalq Komissarları Sovetinin qoşunları Göyçaya daxil olub, lakin bir gün keçməmiş ADR və türk qoşunu şəhəri tam azad edib 1921. Çin Kommunist Partiyası qurulub 1924. Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb 1926. Türkiyə Respublikasının Cinayət Məcəlləsi qüvvəyə minib. Bu qanun italyan modeli əsasında hazırlanıb 1941. Moskvanın Vnukovo hava limanı istifadəyə verilib 1960. Moskvanın Şeremetyevo hava limanı istifadəyə verilib 1960. Somali müstəqilliyini elan edib 1962. Ruanda və Burundi müstəqillik elan edib 1990. Mina dağında (Səudiyyə Ərəbistanı, həcc ziyarəti) tuneldə baş verən basabas nəticəsində 1426 nəfər həlak olub 1994. 27 illik sürgündən sonra Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat Fələstinə geri dönüb 1996. Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurub 1997. İngiltərə Honq Konqu Çin Xalq Respublikasına verib 1998. Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurub 2006. Dünyanın ən uzun dəmir yol xətti olan ÇİN-Tibet (5000 km) istifadəyə verilib 2008. Ergenekon məsələsi çərçivəsində general Xurşid Tolon həbs edilib. O, Türkiyə Respublikası tarixində polisin həbs etdiyi ilk general olub. 2009. Tarif Şurasının qərarı ilə əhaliyə satılan qazın min kub metrinin qiyməti 47 manatdan 100 manata qaldırılıb, İnternet tarifləri isə endirilib 2009. ARDNŞ ilə “Gaz de France†arasında Azərbaycan qazının alınmasına dair müqavilə imzalanıb 2009. Prezidentin sərəncamı ilə “Azəriqaz SC†ARDNŞ -nın tərkibinə qatılıb 2009. ATƏT sədri Dora Bakoyannis Bakıya rəsmi səfərə gəlib. |