www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o5.o2.12]

Dünya Bu Gün [o5.o2.12]


5 fevral 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o5.o2.12]

5 fevral. İlin sonuna 330 gün qalır.


1810. Fransız imperatoru Napoleon senzuranı bərpa edib

1869. Dünyada ən böyük qızıl külçə Avstraliyada aşkar edilib. Hazırda muzeydə saxlanan bu külçənin kütləsi 62,5 kiloqramdır

1885. Belçika kralı II Leopold Konqonu şəxsi mülkiyyəti elan edib

1902. Fransada uşaqlar üçün iş vaxtı 9 saat müəyyən edilib

1917. Meksika 28 federativ qurumdan ibarət dövlətə çevrilib

1918. Bəstəkar Qara Qarayev anadan olub

1919. Yunan siyasi xadimi Andreas Papandreu anadan olub

1924. Qrinviç rəsədxanası “BBC” radiosu vasitəsilə dəqiq vaxt xidmətini tətbiq edib (saatda bir dəfə dəqiq vaxt elan edilib)

1925. Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib

1928. Azərbaycan Kommunist Partiyası “Naxçıvan Muxtar Respublikası haqqında Əsasnamə” hazırlamaq barədə qərar qəbul edib

1936. Çarlz Çaplinin sonuncu səssiz filmi “Müasir zaman” nümayişə çıxarılıb

1939. Kinorejissor, Azərbaycanın və Rusiyanın əməkdar artisti Rüstəm İbrahimbəyov anadan olub

1940. Məşhur fizik Fuad Qasımov anadan olub

1976. ABŞ-ın “Lockheed” təyyarə şirkətinin Türkiyə rəsmilərinə rüşvət verməsi barədə etirafı qalmaqala səbəb olub

1991. Respublika Ali Sovetinin sessiyasında dövlətimizin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib

1991. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilib

1999. Prezident Heydər Əliyev “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi barədə” fərman verib.


Günün aforizmi:

“Nəşriyyat hüququ insanın təbii hüquqlarına aid deyil”

Napoleon