www.nice.az > Xəbərlər > Günün tarixi [16.o6.11]
Günün tarixi [16.o6.11]16 iyun 2011. Müəllif: M1rZ3 |
![]() 16 iyun. İlin sonuna 198 gün qalır. 1865. Rus qoşunu Daşkəndi işğal edib 1903. Detroytda “Ford Motor Company†təşkil edilib 1903. ABŞ-da “Pepsi-Cola†ticarət markası qeydə alınıb 1918. Sovet Rusiyasında ölüm hökmü tətbiq edilib 1918. Göyçayın Qaraməryəm kəndində Qafqaz İslam ordusu ilə Bakı XKS qoşunları arasında döyüş başlayıb 1918. Milli Şura və ADR hökuməti Tiflisdən Gəncəyə köçüb 1918. Azərbaycan və Gürcüstan hökumətləri arasında hərbi müdafiə paktı imzalanıb. Denikinlə separat danışığa girən Ermənistan bu pakta qoşulmayıb 1919. Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin təşkili haqqında qərar verib 1919. Slovakiya Sovet Respublikası elan edilib 1921. Acarıstan MSSR təşkil edilib 1925. Krımda “Artek†pioner düşərgəsi açılıb 1930. Keçmiş SSRİ-də qurşaq (dekret) saatı qəbul edilib 1963. İlk qadın kosmonavt Valentina Tereşkova “Vostok 6†gəmisinin göyərtəsində kosmik fəzaya qalxıb 1989. Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. Əbülfəz Əliyev (Elçibəy) AXC sədri seçilib. |