www.nice.az > Xəbərlər > Günün tarixi [27.o5.11]
Günün tarixi [27.o5.11]27 may 2011. Müəllif: GHoSTMaN |
![]() 27 may. İlin sonuna 218 gün qalır. 1332. Ərəb alimi İbn Xaldun anadan olub 1564. Fransız din xadimi, kilsə islahatının təşəbbüskarlarından olan Jan Kalvin vəfat edib. O, kalvinizm cərəyanının banisi hesab olunur 1840. İtalyan musiqiçi Nikollo Paqanini vəfat edib 1910. Nobel mükafatı laureatı, alman həkim Robert Kok vəfat edib 1918. Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaradıb. Şuranın sədri M.Ə.Rəsulzadə (Müsavat), icraiyyə komitəsinin sədri isə F.X.Xoyski (bitərəf) seçilib 1920. Azərbaycanda Fəhlə-kəndli müdafiə şurası təşkil edilib 1920. Tatarıstan MSSR təşkil edilib 1921. Əfqanıstan müstəqilliyini elan edib 1935. Türkiyədə həftə sonu istirahət günü cümədən bazara keçirilib 1941. İngilis qoşunu “Bismark†zirehli gəmisini batırıb, nəticədə 2000-dən çox matros həlak olub 1956. Şair Səməd Vurğun vəfat edib 1960. Türkiyədə dövlət çevrilişi baş verib. General Camal Gürsəl Milli Birlik Komitəsinə rəhbərliyi ələ alıb, hər cür siyasi fəaliyyət qadağan edilib 1964. Hindistanın ilk baş naziri Cəvahirləl Nehru vəfat edib 1973. Cenevrədə Müəlliflik hüququ haqqında Ümumdünya Konvensiyası qəbul edilib 1977. SSRİ-nin dövlət himninin yeni versiyası təsdiq edilib 2009. Qaraheybətdəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib. |