www.nice.az > Xəbərlər > Günün tarixi [24.o5.11]

Günün tarixi [24.o5.11]


24 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [24.o5.11]

24 may. İlin sonuna 221 gün qalır.

1543. Polyak astronom Nikolay Kopernik vəfat edib

1743. Fransa inqilabının ideya rəhbərlərindən olan Jan Pol Marat anadan olub

1905. Rus yazıçı Mixail Şoloxov anadan olub

1910. Bakıda Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası səhnələşdirilib

1920. Azərbaycan İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Dekret mayın 27-də mətbuatda dərc edilib

1921. Mustafa Kamala (Atatürk) sui-qəsd təşkil etməkdə təqsirli bilinən ingilis casusu Mustafa Saqir edam edilib

1922. Balaxanıda ilk sovet neft mədəni təntənəli şəkildə açılıb

1926. Livanın ilk konstitusiyası qəbul edilib

1948. Aktyor Fuad Poladov anadan olub

1956. İsveçrənin Luqaon şəhərində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi keçirilib

1965. Peruda futbol matçı zamanı kütləvi dava düşüb. Davada 135 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb

1967. Yazıçı, ictimai xadim Şıxəli Qurbanov vəfat edib

1987. Bəstəkar Şəmsi Bədəlbəyli vəfat edib

1989. Bolqarıstanda yaşayan türklərin Türkiyəyə köçü başlayıb

1992. Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurub

2001. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb

2004. Şimali Koreyada mobil telefonlar qadağan edilib.