www.nice.az > Xəbərlər > Günün tarixi [21.o5.11]

Günün tarixi [21.o5.11]


21 may 2011. Müəllif: GHoSTMaN
Günün tarixi [21.o5.11]

21 may. İlin sonuna 224 gün qalır.

1804. Parisin məşhur Pyer Laşez qəbiristanlığı salınıb. Bu qəbiristanlıqda uyuyanlar arasında azərbaycanlılar da var

1805. Şəki xanlığının Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzalanıb

1881. Amerika Qızıl Xaç Cəmiyyəti təsis edilib

1904. 7 Avropa dövləti Parisdə FİFA-nı təsis edib

1921. Sovet dissidenti, hidrogen bombasının müəllifi Andrey Saxarov anadan olub

1991. Hindistanın baş naziri Raciv Qandi gül dəstəsinin içinə yerləşdirilən bombanın partlaması nəticəsində həlak olub

1992. Avropa İqtisadi Birliyi (AİB) üzvləri vahid aqrar siyasət haqqında razılıq əldə edib

1996. Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub

2004. Azərbaycan Respublikası Malavi ilə diplomatik əlaqələr qurub

2004. Sumqayıt və Bari şəhərləri (İtaliya) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Niyyət Protokolu imzalanıb

2004. Gürcüstanın dövlət himni qəbul edilib

2004. Türkiyə prezidenti Konstitusiya dəyişikliyini təsdiq edib və Dövlət Təhlükəsizliyi Məhkəmələri ləğv edilib

2006. Çernoqoriyada keçirilən referendum müstəqillik tərəfdarlarının qələbəsi ilə (55,4%) başa çatıb.