www.nice.az > Xəbərlər > Günün tarixi [19.o5.11]
Günün tarixi [19.o5.11]19 may 2011. Müəllif: GHoSTMaN |
![]() 19 may. İlin sonuna 226 gün qalır. 1498. Portuqal səyyah Vasko da Qama Kəlküttə şəhərinə gəlib. Da Qama tarixə Hindistana dəniz yolu ilə gələn ilk avropalı kimi düşüb 1662. İngiltərə hökuməti xristian əqidəsinə zidd olan ədəbiyyatın ölkəyə gətirilməsini qadağan edib 1728. II Pyotr Rusiyanın paytaxtını Peterburqdan geriyə, Moskvaya köçürmək barədə sərəncam verib 1881. Mustafa Kamal Atatürk anadan olub 1907. Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb 1910. Şair Rəsul Rza anadan olub 1919. BDU-nun təsis komissiyası yaradılıb 1921. I Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in Konstitusiyası qəbul edilib 1935. Şair, tərcüməçi Vladimir Qafarov anadan olub 1944. SSRİ-də qeyri pravoslav dinlər üzrə Şura təsis edilib. 2 il sonra isə müsəlmanlara Həcc ziyarətinə getməyə imkan verilib 1997. Azərbaycan Avropada adi silahlar haqqında Konvensiyaya qoşulub 1998. Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib 1999. Sumqayıt şəhər 8 saylı orta məktəbində hərbi dərs zamanı “RQD-5†qumbarasının partlaması nəticəsində 6 nəfər həlak olub, 18 nəfər yaralanıb 2004. Azərbaycanda “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı†təsdiq edilib. |