www.nice.az > Xəbərlər > Günün tarixi [18.o5.11]
Günün tarixi [18.o5.11]18 may 2011. Müəllif: GHoSTMaN |
![]() 18 may. İlin sonuna 227 gün qalır. 1048. Məşhur rübai ustası, şair, riyaziyyatçı Ömər Xəyyam anadan olub 1268. Misir məmlükləri Antioxu işğal edib 1546. İran tarixçisi Qazi Əhməd Qumi anadan olub 1643. Avstriyalı Anna Fransanın müvəqqəti hökmdarı olub 1780. Rus imperatriçası Yelizavetanın əmri ilə Rusiya Dövlət Bankı yaradılıb 1848. Frankfurtda ilk ümumalman parlamenti açılıb 1869. Dağıstanın xalq şairi Süleyman Stalski (əsl soyadı Həsənbəyov) anadan olub 1872. İngilis riyaziyyatçı, filosof və ictimai xadim, “məntiqi atomizm†konsepsiyasının, “deskripsiya nəzəriyyəsiâ€nin yaradıcısı Bertran Artur Uilyam Rassel anadan olub 1888. ABŞ-da ilk qrammofon plastinkası nümayiş olunub 1900. Tonqa Britaniya protektoratı elan edilib (Protektorat-müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən faktiki asılılıq forması) 1910. Adi gözlə görülə Halley kometi Yer kürəsinin çox yaxınından keçib 1912. Akademik Yusif Əbdürrəhmanov anadan olub 1912. Üzeyir Hacıbəyovun “Əsli və Kərəm" operasının ilk tamaşası olub 1915. Dünyada ilk dəfə yüksək keçidli tank sınaqdan keçirilib 1920. Polyak əsilli Roma papası II İohan Pavel (əsl adı Karol Yozef Voytila) anadan olub 1927. Dünya səviyyəli uroloq Mirməmməd Cavadzadə anadan olub 1936. Qazax şairi, ictimai xadim Oljas Süleymanov anadan olub 1944. Sovet rəhbərliyi Krım tatarlarının Orta Asiyaya deportasiya edilməsi barədə qərar verib 1949. Nyu-Yorkda ilk vertolyot meydançası açılıb 1953. Şair Alim Dərələyəzli anadan olub 1969. Amerikan kosmik gəmisi “Apollon-10†fəzaya buraxılıb 1974. Hindistan nüvə silahına malik olan altıncı ölkə olub 1980. ABŞ-ın Vaşinqton əyalətində Müqəddəs Helens Dağında meydana çıxan vulkan partlayışı 57 nəfərin ölümünə və 3 milyard dollar maddi ziyana səbəb olub 1980. Avropa İqtisadi Birliyi İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib 1990. Fransada yeni model Yüksək Sürət Qatarı (TGV) 515.3 km/saatla dəmiryolunda yeni sürət rekordu vurub 1992. Laçın rayonu Ermənistan tərəfindən işğal olunub 1992. Azərbaycan Respublikası Moldova ilə diplomatik əlaqələr qurub 1996. Tayvanda oyuncaq kubiklərdən 25,5 m hündürlüyündə piramida qurulub 1997. İrlandiyalı Bricit Dirren 102 yaşında Dövlət universitetini əla qiymətlərlə bitirərək diplom alıb və dünya rekordunu təzələyib 1998. Cakartada minlərlə tələbənin İndoneziyanın parlament binasını zəbt etməsi Hacı Məhəmməd Suhartonun 30 illik rejiminin süqut etməsi ilə nəticələnib 2007. Hindistanda böyük Heydərabad məscidində baş verən bomba partlayışı doqquz nəfərin həlak olmasına və əlliyə yaxın insanın yaralanmasına səbəb olub 2009. İranın Azərbaycandakı yeni səfiri Məhəmməd Bağır Bəhrami etimadnaməsini prezident İlham Əliyevə təqdim edib 2009. Parlament komissiyası baş prokuror və Ombudsmanın bir neçə dəfə seçilə bilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edib 2009. İsveç xarici işlər naziri Mişel Ambül Azərbaycana rəsmi səfərə gəlib 2009. Narzanda Doku Umarovun dəstəsinə qarşı keçirilən əməliyyatda Azərbaycan vətəndaşı Akif Muradov öldürülüb... |