www.nice.az > Xəbərlər > Günün tarixi [29.10.11]

Günün tarixi [29.10.11]


29 oktyabr 2011. Müəllif: M1rZ3
Günün tarixi [29.10.11]

29 oktyabr. İlin sonuna 63 gün qalır

1863. Qırmızı Xaç Cəmiyyəti təsis edilib

1923. Bibiheybətdə neftçıxarma tarixində ilk dəfə dərinlik nasosu quyusu işə salınıb

1923. Türkiyə Respublikası elan edilib. Bu tarix Türkiyədə Cümhuriyyət bayramı kimi qeyd edilir

1926. Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan anadan olub

1888. İstanbulda Süveyş kanalı haqqında saziş imzalanıb

1924. Fransa SSRİ-ni tanıyıb

1955. Sevastopolda sovet gəmisinin batması nəticəsində 609 nəfər həlak olub

1991. Azərbaycan Respublikasının Ali Soveti “dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə” ölkənin müstəqilliyinin tanınması barədə müraciət edib

1993. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal edib

1998. Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tiflis-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzalayıblar

2002. “Mozilla Firefox” veb səyyahının ilk versiyası təqdim edilib

2008. Müslüm Maqomayev Fəxri Xiyabanda dəfn edilib. Korifey sənətkarın mahnıları həmin gün metro stansiyalarında səsləndirilib

2008. Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Əmək Məcəllələrinə və sərhəd qanunvericiliyinə əsaslı dəyişikliklər edilib.