www.nice.az > Xəbərlər > Günün tarixi [24.10.11]

Günün tarixi [24.10.11]


24 oktyabr 2011. Müəllif: M1rZ3
Günün tarixi [24.10.11]

24 oktyabr. İlin sonuna 68 gün qalır

1799. General Cəfərqulu ağa Bakıxanov anadan olub

1857. Kembric Universiteti tələbələri dünyada ilk futbol klubunu qurub

1882. Şair Hüseyn Cavid anadan olub

1904. Nyu-York metrosu açılıb

1912. Birinci Balkan müharibəsi sona çatıb

1935. İtaliya Efiopiyanı işğal edib

1945. BMT Əsasnaməsi açıqlanıb. 1949-cu ilin bu günündə isə BMT-nin indiki binasının təməli qoyulub

1956. SSRİ Macarıstana qoşun yeridib

1960. Baykonur kosmodromunda (keçmiş SSRİ â€“ hazırda Qazaxıstan ərazisindədir) partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak olub. İlk insanın kosmosa uçması təqribən 1 il gecikib

1966. İş adamı Roman Abramoviç anadan olub

1969. Rejissor Kərimduxt Rövşən anadan olub

1970. Salvador Alyende Çili prezidenti seçilib

1975. Erməni terrorçular Türkiyənin Fransadakı səfiri İsmayıl Erezi qətlə yetirib

1992. ABŞ Konqresi “Azadlığa Dəstək” Aktına 907-ci düzəlişi qəbul edib

2003. Səsdənsürətli sərnişin təyyarəsi “Concorde” son dəfə London – Nyu-York uçuşunu həyata keçirib

2008. Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.