www.nice.az > Xəbərlər > Günün tarixi [23.10.11]
Günün tarixi [23.10.11]23 oktyabr 2011. Müəllif: M1rZ3 |
![]() 23 oktyabr. İlin sonuna 69 gün qalır 732. Puatye döyüşündə ərəblər məğlub olub 1714. Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə fransız kralı 14-cü Lüdoviqlə görüşüb 1812. Şair Seyid Əbülqasım Nəbati anadan olub 1814. Tibb tarixində ilk plastik əməliyyat İngiltərədə keçirilib 1918. Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti Hərbi nazirlik yaratmaq barədə qərar verib 1919. Müttəfiq qoşunları komandanı Vilyam Qaskel “Naxçıvan general qubernatorluğunun yaradılması və Edmund Deklinin ora general qubernator təyin edilməsi barədə†əmr verib 1920. Azərbaycan Kommunist partiyasının II qurultayı başa çatıb 1940. Məşhur futbolçu Pele anadan olub 1942. İkinci dünya müharibəsinin həlledici vuruşmalarından olan Əl Əlameyn döyüşü başlayıb 1946. BMT-nin ilk sessiyası Nyu-Yorkda keçirilib 1953. Xanəndə Səxavət Məmmədov anadan olub 1954. Almaniya NATO-ya daxil olub 1956. Macarıstanı antisovet üsyanlar bürüyüb 1958. SSRİ Nil çayı üzərində Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırıb. Bəndin layihəsini Bakıdakı elmi tədqiqat institutları hazırlayıb 1983. Beyrutda amerikan və fransız sülhməramlılarının kazarmasına kamikadze hücumu nəticəsində 300-dən çox əsgər həlak olub. Bu hadisə “Draqqar hücumu†adlandırılır. 1993. Müğənni Hacıbaba Hüseynov vəfat edib 1996. Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia edib 2000. Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar ediblər 2003. Moskvanın Dubrovka teatrında çeçen terrorçular 800 tamaşaçını girov götürdülər. Girovlar arasında Azərbaycan vətəndaşları da vardı. 2004. İsmət Abasov kənd təsərrüfatı naziri təyin edilib 2005. Müxalifət Bakıda kütləvi aksiya keçirib 2007. Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri başlayıb. |