www.nice.az > Xəbərlər > Günün tarixi [21.10.11]

Günün tarixi [21.10.11]


21 oktyabr 2011. Müəllif: M1rZ3
Günün tarixi [21.10.11]

21 oktyabr. İlin sonuna 71 gün qalır

1520. Səyyah Magellan Cənubi Amerikanı Antarktidadan ayıran boğazı kəşf edib. Sonradan bu yer onun şərəfinə Magellan boğazı adlandırılıb

1603. Şah Abbas Təbrizi Osmanlı qoşunundan təmizləyib

1805. İspaniya və Fransa arasında Trafalqar döyüşü baş verib

1833. Alfred Nobel anadan olub

1879. Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarıb

1915. İlk transatlantik telefon rabitəsi Virciniya və Paris arasında qurulub

1928. Lev Trotski bütün dünya kommunistlərini Stalinə qarşı mübarizəyə çağırıb

1932. Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu) anadan olub

1932. Şair Xəlil Rza Ulutürk anadan olub

1934. Çində Mao Ze Dunun başçılığı ilə “Böyük Yürüşâ€ başlayıb

1990. Milli Qəhrəman Eltun İsgəndərov anadan olub

1993. Müstəqil Azərbaycan Respublikası Braziliya ilə diplomatik əlaqələr qurub

1997. AZərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Qanun qəbul edilib

1999. Qroznıda bazarın bombalanması nəticəsində 110 nəfər həlak olub, 400-dən çox yaralanıb

2001. Sonuncu İran şahının ikinci arvadı Sürəyya İsfəndiyari Parisdə vəfat edib

2005. Əli İnsanov və Fərhad Əliyev YAP-dan xaric edilib

2007. Türkiyənin yeni Konstitusiyası referenduma çıxarılıb

2009. Şəhidlər xiyabanındakı (Türk şəhidliyi) türk bayraqları yığışdırılıb

2009. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, prezident və xarici işlər nazirləri ilə görüşüb

2009. Türkiyə-Ermənistan protokolları Türkiyə parlamentinə təqdim edilib.