www.nice.az > Xəbərlər > Günün tarixi [18.10.11]

Günün tarixi [18.10.11]


18 oktyabr 2011. Müəllif: M1rZ3
Günün tarixi [18.10.11]

18 oktyabr. İlin sonuna 74 gün qalır

1867. ABŞ Rusiyadan 7,2 milyon dollara aldığı Alyaskada hakimiyyətini bərqərar edib

1907. Haaqa sülh konfransı başa çatıb

1908. Belçika Konqonu işğal edib

1912. Birinci Balkan müharibəsi başlayıb

1912. Osmanlı və İtaliya Lozan sazişini imzalanıb

1914. Hərb tarixində ilk dəfə sualtı qayıq vurulub

1918. Bakıda “Türk ocağı” cəmiyyəti təsis edilib

1918. Görkəmli ədəbiyyatşünas Mirəli Seyidov anadan olub

1931. Tomas Edison vəfat edib

1941. Bakılı kəşfiyyatçı Rixard Zorge Tokioda həbs edilib

1967. Sovet orbital stansiyası Veneraya enib

1974. Misir və SSRİ Fələstin dövlətinin yaranmasını dəstəklədilər

1991. Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktını qəbul edib

1991. SSRİ Ali Sovetinin son iclası keçirilib

2001. Bəstəkar Emin Sabitoğlu vəfat edib

2007. Mühacirətdən qayıdan Pakistanın keçmiş baş naziri Benazir Bhuttoya sui-qəsd nəticəsində 140 adam həlak olub, 400 nəfər yaralanıb, Bhutto özü isə hadisədən salamat qurtarıb.