www.nice.az > Xəbərlər > Günün tarixi [o6.10.11]

Günün tarixi [o6.10.11]


6 oktyabr 2011. Müəllif: M1rZ3
Günün tarixi [o6.10.11]

6 oktyabr. İlin sonuna 86 gün qalır

1908. Krit adası Türkiyədən ayrılaraq Yunanıstana birləşdiyini elan edib

1918. Fransa Beyrutu işğal edib

1922. Rusiya KP MK yekun direktiv qəbul edib. Direktivdə deyilir: “Ukrayna, Belarus, Zaqafqaziya respublikaları və RSFSR-in “Sovet Sosialist Respublikaları İttifaqı” halında birləşməsi zəruri hesab edilsin”

1923. Amerikan astronom Habbl Andromeda Qalaktikasını kəşf edib

1923. Türkiyədə İstiqlal müharibəsi sona çatıb

1927. İlk səsli film Nyu-Yorkda nümayiş etdirilib

1930. Sovet Azərbaycanının ilk xalq torpaq komissarı Səməd ağa Ağamalıoğlu vəfat edib

1930. Suriyanın keçmiş prezidenti Hafiz Əsəd anadan olub

1948. Aşqabadda 9-10 ballıq zəlzələ baş verib. Şəhər bütünlüklə dağılıb, qeyri rəsmi məlumatlara görə 150 min insan həlak olub

1951. Stalin SSRİ-nin atom silahı hazırladığını bəyan edib

1973. Ərəb-İsrail müharibəsi başlayıb

1977. “MİQ 29” təyyarəsinin ilk uçuşu baş tutub

1981. Hərbi parad zamanı Misir prezidenti Ənvər Sadat öldürülüb

2006. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskva görüşüb

2007. Bakıda birinci beynəlxalq Qızıl payız musiqi müsabiqəsi keçirilib

2008. Bakıda İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirilib

2009. Azərbaycan Xarici işlər Nazirliyi Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi təqdim edən “Taciktelekom”a etiraz məktubu göndərib.