www.nice.az > Xəbərlər > Günün tarixi [o2.10.11]
Günün tarixi [o2.10.11]2 oktyabr 2011. Müəllif: M1rZ3 |
![]() 2 oktyabr. İlin sonuna 90 gün qalır 971. Sultan Mahmud Qəznəvi anadan olub 1187. Misir hökmdarı Səlahəddin Qüdsü səlibçilərdən azad edib 1552. İvan Qroznı Kazanı işğal edib və Kazan xanlığını Rusiyaya birləşdirib 1869. Hind lider Mahatma Qandi anadan olub 1870. Roma vahid İtaliyanın paytaxtı olub 1897. Şairə Xurşidbanu Natəvan (Xan qızı) vəfat edib 1923. İşğalçı qoşunlar İstanbulu tərk edib 1936. ABŞ-da yenidən spirtli içki istehsalına icazə verilib (“Quru qanun†ləğv edilib) 1936. SSRİ-də maksimum həbs müddəti 10 ildən 25 ilə qaldırılıb 1951. Məşhur müğənni Stinq anadan olub 1958. Qvineya müstəqilliyini elan edib 1975. Amerika Türkiyəyə qoyduğu silah embarqosunu yumşaldıb 1992. Erməni silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunu işğal edib 1997. Avropa Birliyi ölkələri arasında Amsterdam sazişi imzalanıb. Bu, Maastrikt sazişini yeniləmək kimi dəyərləndirilir 2005. Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı başlayıb 2007. BMT İnsan Hüquqları şurası Azərbaycanın işğal olunmuş ərazilərində mədəni mülkiyyətin dağıdılmasına dair qətnamə qəbul edib 2008. Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlıların sayını artırmağa qərar verib 2009. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib, səfər çərçivəsində 6 hökumətlərarası saziş imzalanıb. |