www.nice.az > Xəbərlər > Günün tarixi [24.11.11]
Günün tarixi [24.11.11]24 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 24 noyabr. İlin sonuna 37 gün qalır. 1632. - filosof Benedikt Spinoza anadan olub. 1642. - Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb. 1729. - rus sərkərdəsi, (bəzi mənbələrdə onun 1830-cu ildə anadan olduğu göstərilir) Aleksandr Suvorov anadan olub. 1798. - Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi†də tətbiq edilib. 1859. - Çarlz Darvinin “Növlərin mənşəyi†kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb. 1928. - Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala “Baş müəllim†dərəcəsi verib. 1934. - Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib. 1945. - BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub. 1951. - Fransız tədqiqatçısı kapitan İv Kusto ilk dəniz səyahətinə çıxıb. 1961. - BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib. 1969. - ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb. 1995. - Azərbaycan Respublikası Bruney ilə diplomatik əlaqələr qurmuşdur. 1988. - Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib. 1991. - (Fərrux Bülsara) - britaniyalı rok ifaçısı, məşhur Kuin (Queen) rok qrupunun ifaçısı və yaradıcısı Freddi Merkuri vəfat edib. 1992. - ABŞ Konqresi “Azadlığı Müdafiə Aktıâ€na 907-ci əlavəni qəbul edib. 2001. - aktyor, “Əhməd haradadır†filmində baş rolun ifaçısı Səyavuş Şəfiyev vəfat edib. 2006. - Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. |