www.nice.az > Xəbərlər > İsa Peyğəmbərin kəfəni mübahisə yaratdı

İsa Peyğəmbərin kəfəni mübahisə yaratdı


24 oktyabr 2009. Müəllif: krik
İsa Peyğəmbərin kəfəni mübahisə yaratdı

İtaliyanın Torino şəhərində Baptist Yəhya Kilsəsindəki bir kəfən əsrlərdir alimlərin müzakirəsindədir.

Kəfənin Həzrəti İsanın çarmıxdan endirildikdən sonra sarıldığı bez olduğuna inanılır. Xristianlar İsa peyğəmbərin kəfənini görmək üçün bu kilsəyə axın edir. Ancaq elm insanlarının “Torino kəfəni” üzərində apardığı son təhlillərin nəticəsi xristian dünyasını sevindirməyib. Çünki kəfənin saxta olduğu və onun İsa peyğəmbərə aid olmadığı açıqlanıb.

Məsələni yerli “La Repubblica” qəzetinə şərh edən kimya professoru Luigi Garlaschelli “Torino kəfəni”nin saxta olduğunu sübut etdiklərini bildirib. O, öz qrupuyla birlikdə qısa müddətdə - yalnız bir həftədə “Torino kəfəni”nin eynilə bənzəri olan bir kəfən hazırladıqlarını bildirib. Professora görə, orta əsrlərdə bir qrup tələbə bir kətan parçasını su və buxarla yaxşıca yumşaltdıqdan sonra üzü maskalı bir tələbənin üzərinə atıblar və “Torino kəfəni”ni bu üsulla əldə ediblər.