www.nice.az > Xəbərlər > Günün tarixi [14.o5.11]
Günün tarixi [14.o5.11]14 may 2011. Müəllif: GHoSTMaN |
![]() 14 may. İlin sonuna 231 gün qalır. 1500. Braziliya Portuqaliyanın protektoratı altına keçib 1643. XIII Lüdoviqin vəfatından sonra 4 yaşlı oğlu XIV Lüdoviq Fransa taxt-tacına sahib olub 1796. Bioloq Edvard Cenner ilk dəfə 8 yaşlı bir oğlan uşağını çiçəyə qarşı peyvənd edib 1805. Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb 1811. Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib 1869. Qazaxıstanda Aktyubinsk şəhərinin əsası qoyulub 1900. Parisdə II Yay Olimpiya Oyunlarının açılışı olub 1916. Akademik, 1959 – 1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov anadan olub 1922. Başqırdıstanın paytaxtı Sterlitamakdan Ufaya köçürülüb 1939. Peruda 5 yaşında ikən uşaq dünyaya gətirən Lina Medina tibb tarixinə ən gənc ana olaraq düşüb 1941. Parisdə faşistlər 3600 yəhudini həbs edib 1948. İsrail dövləti öz müstəqilliyini elan edib 1955. Sovet İttifaqı da daxil olmaqla səkkiz sosialist ölkəsi Varşava müqaviləsini imzalayıb 1960. Parisdə “Böyük dördlük†- Böyük Britaniya, SSRİ, ABŞ və Fransa görüşə başlayıb 1985. Tarzən Bəhram Mansurov vəfat edib 1998. “Associated Press†agentliyi 150 illiyini qeyd edib 2002. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Müqavilə imzalanıb |