www.nice.az > Xəbərlər > Günün tarixi [23.11.11]
Günün tarixi [23.11.11]23 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 23 noyabr. İlin sonuna 38 gün qalır. 1852. İngiltərədə ilk dəfə poçt qutuları quraşdırılıb 1919. Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara alıb. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb 1921. ABŞ-da xəstələrə dərman olaraq pivə içirtmək qadağan edilib 1923. Almaniyada Kommunist Partiyası qadağan edilib 1929. Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə Komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib. 1935. Sovet kosmonavtı Vladimir Volkov anadan olub 1936. ABŞ-da ilk dəfə neon lampası sınaqdan keçirilib 1946. Şah qoşunu Təbrizdə fədailər üzərinə hücuma keçib 1948. Bəstəkar Üzeyir Hacıbəyov vəfat edib 1957. Sovet dissidenti Boris Pasternakın “Doktor Jivaqo†romanı İtaliyada nəşr edilib. Bir il sonra roman Nobel mükafatına layiq görülüb. Yazıçının öz vətənində isə roman 1988-də nəşr olunub 1980. İtaliyada zəlzələ 5000-ə qədər insanın həyatına son qoyub 1982. Heydər Əliyev Sov. İKP MK siyasi Bürosunun üzvü seçilməklə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib 1987. BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürüb. Bununla da, tarixçilər zəngin mənbə əldə ediblər 1993. Azərbaycan Respublikası Slovakiya ilə diplomatik əlaqələr qurub 1994. Azərbaycan Respublikası Nikaraqua ilə diplomatik əlaqələr qurub 1996. Terrorçular Efiopiya Hava Yollarına məxsus təyyarəni qaçırıb. Lakin yanacağı qurtaran təyyarənin Hind okeanına düşməsi nəticəsində 123 nəfər həlak olub 2003. Seçiləndən 3 həftə sonra Gürcüstan prezidenti Eduard Şevardnadze müxalifət liderləri ilə növbəti danışıqlardan sonra istefa verib. Bu tarix Gürcüstanda “Məxməri inqilabâ€ın ildönümü kimi qeyd edilir 2008. Roma papası 16-cı Benedikt Vatikandakı Müqəddəs Pyotr meydanında Ukrayna və SSRİ-nin digər rayonlarında aclıqdan ölənlərin ruhuna dua edib. Bu tarix Ukraynada “Qolodomor†qurbanlarının anım günü kimi qeyd edilir. |