www.nice.az > Xəbərlər > Günün tarixi [2o.11.11]
Günün tarixi [2o.11.11]20 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 20 noyabr. İlin sonuna 41 gün qalır. 284. Roma imperatoru Diokletian anadan olub 1889. Amerikan astronom Edvin Habbl anadan olub 1910. Rus yazıçısı Lev Tolstoy vəfat edib 1917. Ukrayna Respublikası elan edilib 1918. Milli Şura Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edib 1922. Lozan Konfransı işə başlayıb 1940. Xanəndə Keçəçi oğlu Məhəmməd vəfat edib 1943. İstanbul Texniki Universiteti açılıb 1945. Təbrizdə “Azərbaycan Xalq Konqresi†təsis edilib 1945. İkinci Dünya Müharibəsi hərbi cinayətkarların mühakimə edildiyi “Nürenberq prosesi†başlayıb. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir 1957. Xəzərdə fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik 2 neftçi briqadası həlak olub. Şahidlərin dediyinə görə, o vaxt Neft Daşlarında dalğanın hündürlüyü 40 metrə çatıb 1959. BMT “Uşaq hüquqları haqqında Bəyannamə†qəbul edib 1962. “Karib böhranı†tam olaraq başa çatıb 1975. Bakıda Üzeyir Hacıbəyovun ev muzeyi açılıb 1975. İspan generalı Franko vəfat edib 1979. Xəstələrə ilk dəfə süni qan köçürülüb 1985. “Microsoft Windows 1.0.†təqdim edilib 1990. Seriya qatili, manyak Andrey Çikatilo həbs edilib 1991. Azərbaycan Respublikası hökumət nümayəndələri, SSRİ Müdafiə Nazirliyi, Rusiya və Qazaxıstan müşahidəçilərini daşıyan “Mİ-8†vertolyotu Martuni (indiki Xocavənd) rayonunda ermənilər tərəfindən vurulub. Bu hadisə Azərbaycan tarixinə Qarakənd faciəsi kimi düşüb 1992. Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatıb. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanıb 2000. Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə AŞPA-nın 2001-ci ilin yanvar ayında keçiriləcək növbəti sessiyasına qədər bütün iclaslarının gündəliyinə “Ermənistan və Azərbaycanın demokratik inkişafının müşahidə edilməsi†adlı bənd daxil edilib. Digər qərarla, Monitorinq Qrupu (AGO qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilib 2003. İstanbulda ingilis səfirliyinə və “HSBS†banka bombalı hücum nəticəsində 30 nəfər həlak olub, 450-dən çox insan yaralanıb. 2010. NATO-nun Lissabon sammiti işə başlayıb. Tədbirdə prezident İlham Əliyev də iştirak edib. 2010. İşğal edilmiş Azərbaycan ərazilərində yerləşən hərbi birləşmədə gecə saatlarında baş verən atışma zamanı çox sayda erməni hərbçi ölüb və yaralanıb. |