www.nice.az > Xəbərlər > Günün tarixi [17.11.11]
Günün tarixi [17.11.11]17 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 17 noyabr. İlin sonuna 44 gün qalır. 1830. Belçika müstəqilliyini elan edib 1868. Dmitri Mendeleyev “Rus kimya Cəmiyyətiâ€ni təsis edib 1870. Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilib 1918. Litva müstəqilliyini elan edib 1927. Azərbaycan Kommunist Partiyasının 12 noyabrda başlayan 15-ci qurultayı başa çatıb. 1927. Ankara Radiosu fəaliyyətə başlayıb 1928. “Walt Disney və Mickey Mouseâ€un təqdimatı keçirilib 1931. Yapon qoşunu Mancuriyanı işğal edib 1933. İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlayıb 1962. Danimarkalı fizik Nils Bor vəfat edib 1963. Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirib, Səddam Hüseyn həbs edilib 1976. 36 illik diktatura rejimindən sonra İspaniyada respublika qurulub 1983. BMT Təhlükəsizlik Şurası “Kuzey Kıprız Türk Cümhuriyyətiâ€ni tanımaqdan imtina edib 1992. Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilib 1992. Azərbaycan Respublikası Gürcüstanla diplomatik münasibətlər qurub 1995. Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlayıb 1997. “Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunu†qəbul edilib 1997. Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmayıb. Ölkədə 1 gün matəm elan edilib 1999. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb 1999. ATƏT-in İstanbul zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan prezidenti Heydər Əliyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq Paktı†təsis edilməsi təşəbbüsünü irəli sürüb. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub 2009. Maltalı deputat Jozef Debono Qrex Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi təyin edilib. |