www.nice.az > Xəbərlər > Günün tarixi [16.11.11]
Günün tarixi [16.11.11]16 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 16 noyabr. İlin sonuna 45 gün qalır. 1808. Osmanlı hökmdarı IV Mustafa Topqapı sarayında sui-qəsd nəticəsində öldürülüb 1869. Süveyş kanalı formal olaraq açılıb 1918. Macarıstan müstəqilliyini elan edib 1918. Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Ə. Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşüb. İranlı diplomatla Topçubaşov arasında belə bir dialoq yaşanıb: “Siz dövlətinizi Azərbaycan adlandırırsınız. Bu nə deməkdir? Bu, İran hüdudlarında yerləşən indiki Azərbaycana iddialarınız deməkdirmi? Siz özünüzü Azərbaycan türkü hesab edirsiniz. Amma bilin ki, nəinki Azərbaycanda, habelə Qafqazda türk yoxdur. Hər yerdə türk axtarmaq siyasətçilərin, Türkiyənin işidir". Bu hadisədən düz 73 il sonra (1991-ci il 16 noyabr) eyni gündə İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Moskvaya səfəri zamanı “Moskvanın səsi†radiosuna müsahibəsində “İran Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyil. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf edəcəkdir†deyib. Müsahibədən cəmi 10 gün sonra İİR Azərbaycanı tanıyıb 1920. Stalin Leninə Azərbaycandakı vəziyyətlə bağlı teleqram göndərib 1921. Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə†qərar verib 1933. ABŞ və SSRİ diplomatik münasibətlər qurub 1938. Aktyor Abbas Mirzə Şərifzadə vəfat edib 1945. Amerisium (atom nömrəsi 95) və kürium (96) elementlərinin alınması rəsmən elan edilib 1945. UNESCO təsis edilib 1988. Estoniya SSR Ali Soveti ölkənin suverenliyi haqda qərar qəbul edib 1994. Azərbaycan Respublikası Əfqanıstan ilə diplomatik əlaqələr qurub 1999. Prezident Heydər Əliyevin bu tarixin “Azərbaycanda tolerantlıq günü†kimi qeyd edilməsi barədə göstəriş verib 2000. Kürd əsilli türk musiqiçi Əhməd Kaya Parisdə vəfat edib 2004. Azəri Press Agentliyi (APA) fəaliyyətə başlayıb. |