www.nice.az > Xəbərlər > Günün tarixi [11.11.11]
Günün tarixi [11.11.11]11 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 11 noyabr. İlin sonuna 50 gün qalır. 1821. Rus yazıçısı Dostoyevski anadan olub 1905. Çar hökuməti neft burjuaziyası üçün 20 milyon rubl yardım ayırıb 1917. Müsavat və eserlər sovet Rusiyasını tanımaqdan imtina edərək Milli Zaqafqaziya hökuməti yaratmağı qərara alıb 1918. Birinci Dünya Müharibəsi başa çatıb. Bu tarix əksər Avropa ölkələrində bayram kimi qeyd olunur 1921. Şair Balaş Azəroğlu anadan olub 1938. İsmət İnönü Türkiyə prezidenti seçilib 1944. Türk aktyor Kamal Sunal (Şaban) anadan olub 1948. Mingəçevir şəhərinin təməli qoyulub 1951. Aktyor İsmayıl Hidayətzadə vəfat edib 1965. Afrikanın sonuncu ingilis müstəmləkəsi olan Rodeziya müstəqilliyini elan edib 1971. ABŞ Okinava adasını Yaponiyaya qaytarıb 1973. Misir və İsrail arasında sülh bağlanıb 1975. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardo Dos Santos müstəqil Anqolanın ilk xarici işlər naziri seçilib 1976. Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzalayıb 1993. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul edib. Digər 3 qətnamə kimi bu sənəd də indiyədək icra olunmayıb 1994. Azərbaycan Respublikası Qambiya ilə diplomatik əlaqələr qurub 2004. Azərbaycan Respublikası Ekvatorial Qvineya və Nauru ilə diplomatik əlaqələr qurub 2004. Fələstin muxtariyyəti lideri Yasif Ərəfat vəfat edib 2009. Blogerlər Adnan Hacızadə və Emin Mill azadlıqdan məhrum edilib. |