www.nice.az > Xəbərlər > Günün tarixi [o6.11.11]
Günün tarixi [o6.11.11]6 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 06 noyabr. İlin sonuna 55 gün qalır. 1494. Osmanlı hökmdarı Sultan Süleyman Qanuni anadan olub 1860. Avraam Linkoln ABŞ-ın ilk respublikaçı prezidenti (say etibarilə 16-cı) seçilib 1893. Rus bəstəkar Çaykovski vəfat edib 1917. Finlandiya müstəqilliyini elan edib 1917. Petroqradda Oktyabr hərbi çevrilişi baş verib (6-dan 7-nə keçən gecə, köhnə təqvimlə oktyabrın 24-dən 25-nə keçən gecə). Sovet tarixi bu hadisəni “Böyük Oktyabr Sosialist İnqilabı†adlandırıb 1918. İngilis və fransız qoşunları Çanaqqala boğazına girib 1923. DQMV I sovetlər qurultayı başlayıb 1926. Efirdə ilk dəfə “Danışır Bakı†ifadəsi səslənib. Azərbaycanda radio yayımları başlayıb 1941. Azərbaycanlı döyüşçü İ.Dadaşov Estoniyanın Rakvere şəhərində 1 gün ərzində 16 alman təyyarəsini aerodromda yandırıb 1943. Azərbaycanlı komandir Xıdır Mustafayevin dəstəsi Ukraynanın Fastov şəhərini (Kiyev ətrafı) qəfil hücumla azad edib. Bu rəşadətinə görə ona 10 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verilib 1944. ABŞ-da plutonium radioaktiv metalı sintez edilib 1967. Bakı metropoliteninin ilk 5 stansiyası - Bakı Soveti, 26-lar, 28 aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları istismara verilib. Bu, Şərqdə ilk metro sistemi idi 1974. Aktrisa Fatimə İbrahimbəyova anadan olub 1974. Şair İslam Səfərli vəfat edib 1983. Türkiyədə hərbi çevrilişdən sonra (1980) ilk dəfə parlament seçkiləri keçirilib 1991. Küveytdə İraq ordusunun yandırdığı son neft mədəni söndürülüb. İndi bu tarix Küveytdə milli bayram kimi qeyd olunur 1996. Azərbaycan Respublikası Bəhreyn ilə diplomatik əlaqələr qurub 2005. 25 illik fasilədən sonra Tehran-Bağdad hava xətti açılıb. 2007. Amerikalı alim Feliks Sertsvadze ermənilərin Xocalı faciəsi qurbanlarının fotolarını 1915-ci il hadisələrinə “sübut†kimi təqdim etdiyini isbatlayıb 2009. Yazıçı Qılman İlkin vəfat edib. |