www.nice.az > Xəbərlər > Günün tarixi [o3.11.11]
Günün tarixi [o3.11.11]3 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 03 noyabr. İlin sonuna 58 gün qalır. 1905. Çar II Nikolay siyasi məhbusların bağışlanması haqqında fərman verib 1907. İlk vertolyot Fransada havaya qalxıb 1918. İngilis qoşunu Mosulu (İraq) işğal edib 1921. Rusiya Kommunist Partiyası Qafqaz Bürosu Bakıda Azərbaycan və Ermənistan kommunistlərinin iştirakı ilə plenum keçirib. İclasda “ilk növbədə respublikalar arasında hərbi, təsərrüfat və xarici ticarət sahəsində federativ ittifaq yaratmaq†qərara alınıb. İclasa sonradan SSRİ-nin xarici işlər naziri olmuş Vyaçeslav Molotov sədrlik edib 1928. Türkiyə latın əlifbasına keçib 1955. İran Bağdad paktına qoşulub 1957. Layka adlı it “Sputnik 2†gəmisi ilə kosmik fəzaya qaldırılıb. İtin cəsədi indi də orbitdə dolaşmaqdadır. Həmin dövrdə sosialist realizmi cərəyanı nümayəndələri bu iti mədh etdikləri vaxt, heyvan hüquqlarını müdafiə edən təşkilatlar SSRİ-nin bu addımını tənqid edib 1982. Əfqanıstanda Salanq tunelindəki yanğında yüzlərlə sovet əsgəri həlak olub (statistika ziddiyyətlidir) 1983. Tanınmış aktyor Əliağa Ağayev vəfat edib 1986. “Zaman†qəzeti (Türkiyə) nəşrə başlayıb 1992. Bill Klinton ABŞ prezidenti seçilib 1992. Azərbaycanda “Hərbi xidmət haqqında qanun†qəbul edilib 1994. Azərbaycan Respublikası Çili ilə diplomatik əlaqələr qurub 1996. Afrikalı diktator Jan Bedel Bokassa vəfat edib 1996. Türkiyənin tarixində dərin iz buraxan müəmmalı “Susurluq qəzası†baş verib 2003. Avar şairi Rəsul Həmzətov vəfat edib 2004. Həmid Kərzai Əfqanıstan prezidenti seçilib 2009. Balaxanıda məişət tullantılarını yandırmaq üçün zavodun təməli qoyulub. |