www.nice.az > Xəbərlər > Günün tarixi [o1.11.11]
Günün tarixi [o1.11.11]1 noyabr 2011. Müəllif: M1rZ3 |
![]() 01 noyabr. İlin sonuna 60 gün qalır. 1604-cü il - Şekspirin “Otelloâ€su ilk dəfə Londonda səhnələşdirilib 1897-ci il - İtalyan futbol klubu “Yuventus†qurulub 1906-cı il - “Füyuzat†jurnalının ilk sayı çapdan çıxıb. H.Z.Tağıyevin sponsorluq etdiyi jurnalın baş redaktoru Əli bəy Hüseynzadə olub 1907-ci il - III Dövlət Duması fəaliyyətə başlayıb 1920-ci il - İosif Stalin Bakıya gəlib 1922-ci il - Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının varlığına son qoyulub. Sonuncu Osmanlı hökmdarı VI Mehmet taxtdan endirilib 1922-ci il - Azərbaycan Kommunist Partiyasının (AKP) 2-ci konfransı başlayıb 1924-cü il - Türk siyasətçi Süleyman Dəmirəl anadan olub 1925-ci il - İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və Qacar xanədanının hakimiyyətinə son qoyulub 1927-ci il - Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikası prezidenti seçilib 1935-ci il - Neft sənayesi qabaqcıllarının I Bakı toplantısı keçirilib 1939-cu il - Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilib 1939-cu il - Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilib 1939-cu il - Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib 1940-cı il - Aktrisa Elmira Şabanova anadan olub 1950-ci il - Azərbaycan Texniki Universiteti açılıb 1993-cü il - Maastrix sazişi qüvvəyə minib. Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb 1994-cü il - Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurub 2006-cı il - Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələri xarici işlər nazirlərinin 15-ci iclası keçirilib 2008-ci il - Azərbaycan, Ermənistan və Rusiya prezidentləri “Moskva Bəyannaməâ€sini imzalayıblar. |