www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o3.o2.12]
Dünya Bu Gün [o3.o2.12]3 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() 3 fevral. İlin sonuna 332 gün qalır. 1468-ci il - Kitab çapının müəllifi İohan Qutenberq vəfat edib 1488-ci il - Portuqal səyyah Bartolomeu Dias Afrikanın ən Cənub nöqtəsi Ümid Burnuna çatıb 1690-cı il - Amerikada kağız pullar tətbiq edilməyə başlayıb 1815-ci il - Dünyada ilk pendir zavodu İsveçrədə qurulub 1916-cı il - İngiltərədə məcburi hərbi xidmət sistemi tətbiq edilib 1917-ci il - Sərnişin gəmisinin vurulmasından sonra ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsib 1926-cı il - Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya təşkil edilib 1958-ci il - Belçika, Niderland və Lüksemburq “Benelüks†qurumunu təşkil edib 1966-cı il - Sovet “Luna 9†kosmik aparatı Ay səthinə uğurlu eniş edib 1969-cu il - Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilib 1973-cü il - Vyetnamda atəşkəs əldə edilib 1979-cu il - Fransadan qayıdan imam Xomeyni müvəqqəti hökuməti qurub. Şapur Bəxtiyar vəzifədən uzaqlaşdırılıb 1982-ci il - Sovet modeli “Mi-26†vertolyotu 57 ton yükü 2000 metr yüksəyə qaldırıb. Bu rekord hələ təzələnməyib 1993-cü il - Azərbaycan və Gürcüstan arasında Beynəlxalq avtomobil əlaqələri haqqında Saziş imzalanıb 1994-cü il - Rusiya və Gürcüstan arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb 2011-ci il - Kürdəmirdə Azərbaycan HHQ məxsus “SU-25†təyyarəsi qəzaya uğrayıb. Günün aforizmi: “Ağıllılar öyrənmək, cılızlar özlərini göstərmək üçün oxuyurlar†Hind atalar sözü |