www.nice.az > Xəbərlər > Flora Kərimova Maykl Cekson haqqında mahnı oxuyacaq
Flora Kərimova Maykl Cekson haqqında mahnı oxuyacaq21 oktyabr 2009. Müəllif: saki_18 |
![]() ANSPRESSIN verdiyi məlumata görə Xalq artisti Flora Kərimova pop kralı Maykl Cekson haqqında mahnı oxuyacaq. Mahnının bəstəkarı bəstəkar Elza İbrahimovadır. Müğənninin sözlərinə görə, mahnıda Maykl Ceksonun hekayəti yaradılıb. “Mahınının məzmunu belədir ki, Mayk Ceksonu bütün dünya sevirdi. Əslində o, xoşbəxt insan olmalı idi. Lakin öz aləmində o, çox bədbəxt bir insan idiâ€,- deyə F. Kərimova bildirib. “Şuşam mənimâ€, “Vətən ağlayırâ€, “Qarabağ†və başqa vətənpərvərlik mövzusunda onlarla sevilən mahnıların ifaçısı Flora Kərimova bu mövzuda daha bir əsər hazırlayır. Sənətsevərlər sənətkarın ifasında Şuşa haqqında daha bir musiqi əsəri dinləyəcəklər. F.Kərimova yenidən pərəstişkarları ilə görüşmək istəyir. O, sənətsevərlərə bir konsert proqramı hədiyyə edəcəyini söz verib. Xalq artisti onu da bildirdi ki, yeni mahnıları arasında gənc ifaçılarla bir sıra duetlər də var. Sənətsevərlər həmin mahnıları bu yaxınlarda dinləyə biləcəklər. |