www.nice.az > Xəbərlər > “Azərbaycan Respublikasıâ€nın adı dəyişdirilə bilər
“Azərbaycan Respublikasıâ€nın adı dəyişdirilə bilər2 fevral 2012. Müəllif: HiTMaN |
![]() Millət vəkilləri parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsini təklif ediblər “Mərkəzâ€in məlumatına görə, millət vəkili Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycanın Şimali Azərbaycan adlandırılması barədə təkliflər irəli sürülür. “Dünya praktikasında Şimali və Cənubi Koreya , Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycanın da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan adlandırılması daha məqsədəuyğun olardıâ€, – o deyib. Millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, Azərbaycanın üçdə ikisi, Cənubi Azərbaycanın üçdə biri isə Azərbaycan Respublikasına aiddir. Ona görə də bizim ölkənin adının dəyişdirilib Şimali Azərbaycan qoyulmasına tam əsas var. O qeyd edib ki, Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının iradəsindən kənar qəbul olunduğu üçün ləğv olunmasına nail olunmalıdır. Millət vəkili Fərəc Quliyev öz çıxışında qeyd edib ki, o, 1991-ci ildə müstəqillik aktının qəbul olunduğu vaxt bu təkliflə çıxış etmişdi və yenə də bu məsələnin qaldırılmasının tərəfdarıdır |