www.nice.az > Xəbərlər > Yeni "Blackberry"lər belə olacaq

Yeni "Blackberry"lər belə olacaq


2 fevral 2012. Müəllif: NiXaTo
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.



2012-ci ilin ikinci yarısında RİM "Curve" seriyasından iki yeni smartfonu - "BlackBerry Curve 9230" və "BlackBerry Curve 9320"-i təqdim edəcək.
Baharın sonu - yayın əvvəlində isə "PlayBook"un yeni nəsli satışda olacaq. Bu modeldə 1,5 qeqaherslik prosesor, NCF çipi və HSPA+ texnologiyasının dəstəyi olacaq.
RİM daha önəmli relizləri ilin ikinci yarısına planlaşdırıb.

Sentyabrda RİM sensor ekranlı, aparat klaviaturası olmayan "BlackBerry London"u nümayiş etdirəcək. Bu smartfon "BlackBerry OS 10 (BBX)" adlı yeni əməliyyat sistemi ilə işləyəcək.

Dekabrda "Bold" seriyasından bir neçə smartfon, 2013-cü ilin əvvəlində isə slayder satışa çıxarılacaq.

Onların hamısı "BlackBerry OS 10" əməliyyat sistemi ilə çalışacaq.