www.nice.az > Xəbərlər > Ay bombalandı

Ay bombalandı


20 oktyabr 2009. Müəllif: krik
Ay bombalandı

NASA Ayı-2 dəfə bombalayıb.

Amerika kosmik arşdırmalar mərkəzi NASA kosmosda su aşkarlamaq məqsədinə nail olmaq üçün səylərini artırır. Bununla bağlı bir həftə öncə Aya süni peyk zərbəsi endirən NASA bu dəfə Ayın cənub qütbünü hədəf alıb.

''Ay Krater Optik peyki '' adlı cihaz 2 yerə bölünərək bir neçə dəqiqə fasilə ilə Aya çırpılıb. Nəticədə havaya 1,5 km yüksəkliyində toz-duman və qaya parçaları püskürüb.

Süni peykdən ayrılan parçanın üst hissəsi ilk olaraq cənub qütbündəki Kabeus kraterinə çırpılıb. Peykin saatda 8 min km sürətlə hərəkət edən digər hissəsi isə bu əsnada toz-dumanın tərkibini analiz edərək məlumatları mərkəzə ötürür. Qeyd edək ki, bu cihaz 80 kilometr uzaqlıqdan detalları dəqiq incələyə bilir.

Araşdırmanı həyata keçirən NASA mütəxəssiləri ilkin mərhələnin uğrla başa çatdığını bildirirlər. Həm dünyadakı, həm də kosmosdakı teleskoplar toqquşma anını anbaan izləyiblər.

Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalardan Ayda suyun aşkarlanmasına dair simptomlar əldə olunsa da, bu bombardmanlardan sonra məsələyə tam aydınlıq gələcək..