www.nice.az > Xəbərlər > “Eurovision-2012†milli seçimlərinin 8-ci yarımfinalçısı bilindi
“Eurovision-2012†milli seçimlərinin 8-ci yarımfinalçısı bilindi30 yanvar 2012. Müəllif: GHoSTMaN |
![]() Yanvarın 28-də “Eurovision-2012â€-də Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin 8-ci həftəsi başa çatıb. Milli seçimlərin sonuncu həftəsinin qalibi səs çoxluğu ilə Arzu İsmayılova olub. Sonuncu həftənin xüsusi qonağı qismində “Eurovision 2011â€-in qaliblərindən Eldar Qasımov çıxış edib. Eldar Qasımov “Eurovision-2011â€-dən sonra ilk yeni mahnısını məhz milli seçimlərin sonuncu günündə tamaşaçılara təqdim edib. Sevgidən bəhs edən mahnı “Birlikdə nəhayət†adlanır. Sənətçinin yeni mahnısı Azərbaycan dilindədir. Qeyd edək ki, artıq yarımfinalın 8 iştirakçısı məlumdur. Bunlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılovadır. Qeyd olunan ifaçılar milli seçimlərin final mərhələsi uğrunda mübarizə aparacaq. Xatırladaq ki, milli seçimlərin canlı efir həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Seçimlərdə səkkiz həftə ərzində 72 iştirakçı növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıb. |