www.nice.az > Xəbərlər > Azərbaycanda sürücülər üçün yenilik

Azərbaycanda sürücülər üçün yenilik


29 noyabr 2011. Müəllif: NiXaTo
Azərbaycanda sürücülər üçün yenilik

Azərbaycanda hər bir sürücü yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimə balları barədə məlumatları internet vasitəsilə öyrənə bilər. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin internet saytında (www.mia.gov.az) yerləşdirilmiş cərimə balları bölməsinə (http://mia.gov.az/?/az/driverlicense/) daxil olmaqla sürücülər bu barədə məlumat əldə edə bilərlər.

Bölmədə hər bir sürücü sürücülük vəsiqəsinin nömrəsi, doğum və vəsiqənin son istifadə tarixini yazmaqla cərimə balı barədə məlumatları öyrənə bilər.