www.nice.az > Xəbərlər > “Eurovisionâ€da ələmə başlayıb
“Eurovisionâ€da ələmə başlayıb3 noyabr 2011. Müəllif: O_Z_I_L |
“Eurovision -2012"nin milli seçim turuna sənəd verən iştirakçıların ilkin dinləmələri başlayır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun bildirdiyinə görə, sənədləri qəbul olunan 119 nəfər iştirakçı noyabrın 3-dən 7-dək İTV-də ilkin dinləmələrdən keçəcək. İştirakçılar üç qrupdan ibarət olacaq. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək iki mahnı ifa etməlidir. Bu dinləmələrdən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İTV-nin canlı efirində yarışacaq. Milli seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın "Eurovision-2012" təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək. |