www.nice.az > Xəbərlər > Türkiyədə dəhşətli zəlzələ və ilk yardım Azərbaycandan!
Türkiyədə dəhşətli zəlzələ və ilk yardım Azərbaycandan!25 oktyabr 2011. Müəllif: Naxcione |
Oktyabrın 23-də Bakı vaxtı ilə saat 17.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Azərbaycan ərazisində dağıntılar yoxdur. İlk olaraq yardım qardaş Türkiyəyə Azərbaycandan getdi.Rəsmən İlham Əliyevin tapşırığı ilə 2 təyyarə Vana yola düşdü. Birinci təyyarə: 140 nəfərlik beynəlxalq standartlarda avadanlığı ilə birlikdə xüsusi təhsilli qurtarma qrupları Şəxsi qurtarma itləri Şəxsi kəsmə, qaldırma, qırma, çıxarma alətləri İkinci təyyarə: 2 xüsusi səhra mobil mətbəxi 150 çadır 2500 ədyal 750 yataq dərisi Qeyd:Zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. |