www.nice.az > Xəbərlər > Sidney dünyanın ən yaxşı turizm şəhəri elan olunub

Sidney dünyanın ən yaxşı turizm şəhəri elan olunub


18 oktyabr 2011. Müəllif: Naxcione
Sidney dünyanın ən yaxşı turizm şəhəri elan olunub

Sidney, Florensiya və Nyu-Yorku geridə qoyub
Amerikanın "Conde Nast Traveler" jurnalı dünyanın ən cəlbedici turizm şəhərlərinin reytinqini açıqlayıb. Avstraliyanın Sidney şəhəri dünyanın "Ən yaxşı turizm şəhəri" adına layiq görülüb. Sorğuda daha çox turistlər iştirak edib.
Müxtəlif ölkələrdən gələn turistlərə şəhərləri mehriban atmosfer, mədəniyyət, şəhərin diqqətəlayiq yerləri, mehmanxana və restoran biznesinin keyfiyyətli xidməti və qiyməti, mağazaların cazibədarlığı kimi meyarlar üzrə qiymətləndirmək təklif olunmuşdu.
Sidney 85,1 bal yığaraq, Florensiya, Paris və Nyu-York kimi məşhur şəhərləri geridə qoyub.