www.nice.az > Xəbərlər > "Muhteşem Yüzyıl" lənətlənib?

"Muhteşem Yüzyıl" lənətlənib?


17 oktyabr 2011. Müəllif: Naxcione
"Muhteşem Yüzyıl" lənətlənib?

Serialın ssenaristi xərçəng olub, bir aktyor ölüb, baş rolu oynayan isə ayağını qırıb
Yayımlandığı gündən bəri gündəmdən düşməyən məşhur türk serialı "Muhteşem Yüzyıl" əvvəlcə Sultan Süleyman Qanuninin şəxsi həyatının təhrif edilməsi, onun qadın düşgünü kimi göstərilməsi ilə bağlı tənqid olunurdu, indi isə İsmayılağa Camaatı "Facebook" sosial şəbəkəsində "Muhteşem Yüzyıl" serialının əcdadlar tərəfindən lənətləndiyini bildirib.

"Onlar əcdadın lənətinə tuş gəliblər. Serialın ssenaristi Meral Okay ağciyər xərçənginə tutuldu. Serialda oynayan Həsən Küsmüş Şişli vilayətində yolda gedərkən başına mərmər düşərək həyatını itirdi. Baş rolun ifaçısı Halid Ergenç isə çəkiliş zamanı ayağını qırmışdı'', deyə "Facebook" da yaradılmış səhifədə bildirilib.