www.nice.az > Xəbərlər > Ceksonu xilas etmək olardı

Ceksonu xilas etmək olardı


14 oktyabr 2011. Müəllif: Naxcione
Ceksonu xilas etmək olardı


Bunun üçün telefonda cəmi üç rəqəmi yığmaq bəs idi

Kardioloq Alon Şteynberq hesab edir ki, məşhur pop-müğənni Maykl Ceksonun həyatını

xilas etmək olardı. Rusiya mətbuatının verdiyi məlumata görə, kardioloq Maykl Ceksonun

ölümündə onun şəxsi həkiminin səhlənkarlıq göstərərək 911-ə deyil, öz köməkçisinə zəng

vurmasının həlledici rol oynadığını qeyd edib.

“M.Ceksonun ürəyi dayanmışdı. O, nəfəs almırdı. Buna görə də K. Mürreyin kardioloji

massajı burada gərəksiz idi”, - deyə Alon Şteynberq bildirib.

Bundan başqa Alon Şteynberq Maykl Ceksonun qəbul etdiyi propofol preparatının

yuxusuzluqda kömək etmədiyini də bildirib. Həkim-kardioloq bu preparatı qəbul edən

pasientlərin daim nəzarət altında olmalarının vacibliyini vurğulayıb.

Xatırladaq ki, Maykl Cekson 2009-cu il iyunun 25-də ABŞ-ın Los-Anceles şəhərində 51

yaşında dünyasını dəyişib. Ehtimal edilir ki, pop kralının ölümünə səbəb onun şəxsi

həkimi Konrad Mürreyin xəstəyə digər dərman vasitələrlə qarışdıraraq həddindən artıq

miqdarda propofol preparatı verməsi olub. Artıq Konrad Mürreyə bilməyərəkdən adam

ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.