www.nice.az > Xəbərlər > Ərəb şeyxi 8,2 milyonluq maşın aldı [Foto]

Ərəb şeyxi 8,2 milyonluq maşın aldı [Foto]


9 oktyabr 2011. Müəllif: Naxcione
Ərəb şeyxi 8,2 milyonluq maşın aldı [Foto]

Dubaydakı şeyxlərdən biri lüks avtobus alıb. Şəhər küçələrində hərəkət edəcək bu avtomobili "Super Bus" adlandırırlar.23 sərnişin yeri olan qeyri-adi maşın Hollandiyada, Delft Texnologiya Universitetində yaradılıb. Yaradıcı qrupa hollandlar arasında ilk dəfə kosmosda olan, 1985-ci ildə orbitə çıxmış professor Ubbo Oskels rəhbərlik edib.
Avtobusu yaradan qrupda "Formula-1" avtoçempionatının aerodinamika üzrə mütəxəssisləri də vardı.
"Super Lamborgini"yə bənzəyən tünd-göy rəngli super avtobus 250 km/saat sürətlə hərəkət edə bilir.
Maşının dəyəri 8,2 milyon avrodur.

Uzunu 15 metr, eni 2,5 metr, hündürlüyü isə 1,65 metr olan maşın Dubayla Əbu-Dabi arasındakı 120 kilometrlik məsafəni yarım saatdan da az vaxta qət edəcək.


Ərəb şeyxi 8,2 milyonluq maşın aldı [Foto]