www.nice.az > Xəbərlər > Bürclər - Oktyabrda

Bürclər - Oktyabrda


6 oktyabr 2011. Müəllif: Naxcione
Bürclər - Oktyabrda



Qoç

Bu ay həyatınızın əsas mövzusu ağıl və hissləriniz olacaq. Peşəkar sahədə ağıl qalib gələcək

və siz bəzi məqamlarda qüruru bir kənara buraxıb əməkdaşlarınızla dil tapacaqsınız. Bu

münasibət işinizə müsbət təsir edəcək və siz bir addım irəli atacaqsınız. Şəxsi həyatınızda

isə qısqanclıqla üzləşəcəksiniz.


Buğa

Yaxşı olar ki, bir müddət səhhətinizə diqqət yetirəsiniz. Bu işin öhdəsindən gəlməyi

bacarsanız peşəkar sahədə sizi böyük müvəffəqiyyətlər gözləyir. Sevdiyiniz insanla

münasibətə gəldikdə, bir az problem yaşana bilər. Lakin səbriniz və xeyirxahlığınız onu

sakitləşdirəcək. Maddi durumunuz yaxşılaşacaq.


Əkizlər

Vaxtınızın & ccedil;oxunu məhəbbət və ailənizə qayğınız aparacaq. Bu ay hər baxımdan uğurludur.

Lakin iş yerində bəzi anlaşılmazlıqlar və intriqalar yaşana bilər, bunun öhdəsindən gəlmək

sizin əlinizdə deyil, ona görə qarışmamağınız məsləhətdir. Yaxşısı başınızı aşağı salıb

işinizlə məşğul olun.


Xərçəng

İşgüzar həyatınıza nəzər yetirsək demək olar ki, sizin üçün əl verişli məqam başlayır.

Kefinizi pozan yeganə amil maliyyə məsələləri olacaq. Bu da əməkdaşlarınızla aranızda

soyuqluq yarada bilər. Ailə həyatında hər şey sakit və problemsiz olacaq. Subay gənclər isə

biri-birini qısqanacaq.


Şir

Bu ay peşəkar həyatınızın sosial tərəfləri güclü olacaq. Sizi yeni və gələcək iş planlarınız

üçün faydalı tanışlıqlar gözləyir. Maddi vəziyyətiniz çox yaxşı olacaq və bu ay baş verən

bütün tədbirləri ödəməyə bəs edəcək. Nəhayət, sevgilinizə qovuşacaqsınız, çünki olduqca

sevimli və heyranedici xanıma çevriləcəksiniz.


Qız

Çalışın bir müddət fiziki işlərdən uzaq durasınız. Beyninizi artıq fikirlərdən boşaldın.

İşgüzar planlar üçün əlverişli vaxtdır, ona görə də işlədiyiniz sahədə uğur qazanmaq

ehtimalı olduqca yüksəkdir. Şəxsi həyatınız çox qarışıqdır və psixoloji cəhətdən sizə təsir

edəcək. Maddi durumunuz isə əla vəziyyətdə olacaq.


Tərəzi

Özünüzü yaxşı hiss edəcəksiniz. Peşəkar həyatınızda sizi irəliləyişlər gözləyir. Yeni layihə

üzərində çalışmağa başlayacaqsınız və yatırım edəcəksiniz, lakin yatırdığınız vəsait sizə

ikiqat qayıdacaq. Ailədə problemlər yaranmayacaq. Ancaq bəzi xanımların keçmiş

məhəbbəti öləcək, bunu da olduğu kimi qəbul etmək lazımdır.


Əqrəb

Bu payız ayında siz asanlıqla xəstələnə bilərsiniz, buna görə də səhhətinizə qarşı diqqətli

olun. Evdən bayıra çıxmaq istəməyəcəksiniz. Bu da ailənizlə daha çox vaxt keçirmək üçün

əla fürsətdir. Onlar bunu çoxdan gözləyir. Peşəkar sahədə isə keçmiş işlərinizi bitirib yeni

layihələr üzərində işləməyə başlayın.


Oxatan

Yaxşı olar bu ay işinizdə diqqətli olasınız, çünki müvəffəqiyyət qazana bilərsiniz. Uzaq

səfərlər gözlənilir. Romantik sahəyə gəldikdə, səbr kasanız artıq dolacaq və sevgilinizin

qarşısında şərt qoyacaqsınız: ya sizin fikrinizə hörmət etmək, ya da ayrılmaq. Səhhətiniz və

maddi vəziyyətiniz sabit olacaq.


Oğlaq

Nəhayət, siz yerinizi tapacaqsınız və möhtəşəm işgüzar xüsusiyyətlərinizi nümayiş etdirə

biləcəksiniz. Sevgilinizlə münasibətdə qətiyyətsizlik hissi yaranacaq, ona güvəniniz

azalacaq. Sağlamlığınızla bağlı problem olmayacaq. Maddi vəziyyətiniz möhkəm olacaq.


Dolça

İşgüzar sahədə sizi möhtəşəm layihələrin həyata keçməsi gözləyir və burada sizin böyük

rolunuz olacaq. Ayın ortasında kiçik problemlər yaranacaq. Təsəvvürünüzə gətirə

bilməyəcəyiniz sirrin üstü açılacaq və bu, çoxlu söz-söhbətə səbəb olacaq. Siz ciddi qərar

qəbul etməli olacaqsınız.


Balıqlar

İşdə olan problemlər üzündən halınız pisləşəcək. Yaxınlarınızın köməyinə ehtiyacınız

olacaq və onlar sevə-sevə yardım əlini uzadacaq. Həyat yoldaşınız sizə qayğı göstərəcək.

Ayın sonunda işgüzar sahədə ciddi və mənfi dəyişikliklər olacaq. Buna baxmayaraq maddi

durumunuz sabit qalacaq.